Rusiya Kiyevə hücum etdi: Polşa səfirliyinin damı sındırıldı...

Mərmi mətbəxə dəyib...

SİA-nın məlumatına görə, Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski TVN24 və Polsat News telekanallarına bildirib ki, kiçik kalibrli zenit mərmisi və ya onun parçası Polşanın Kiyevdəki səfirliyinin konsulluq bölməsinin damını deşib.

Binanın üzlənməsi və tavanı zədələnib, mərmi mətbəxə dəyib. Sözçü hücum zamanı xəsarət alan olmadığını, itkilərin “cüzi” olduğunu, “səfirliyin müvəqqəti işlər vəkili Piotr Lukaseviç-in rəhbərliyi altında normal fəaliyyət göstərdiyini” bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə