Moldovada parlament seçkiləri baş tutmuş sayıldı

Moldovada parlament seçkiləri baş tutmuş sayıldı

Moldovada parlament seçkiləri baş tutmuş sayılıb. SİA xəbər verir ki, bu barədə Moldovanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumata görə, yerli vaxtla saat 14:30-a (Bakı vaxtı ilə 15:30) olan göstəricilərə əsasən, seçici siyahısına daxil olan vətəndaşların 33%-dən çoxu səsvermədə iştirak edib. Bu göstərici seçkilərin baş tutmuş sayılması üçün tələb olunan minimum həddi təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə