Alman deputatlar silah müqavilələri ilə bağlı tələblər irəli sürürlər...

Alman millət vəkilləri açıq tenderlər olmadan silah müqavilələrinə səs verməkdən imtina ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, “Financial Times” xəbər verir ki, Bundestaqdakı həm hökumətyönlü, həm də müxalifət fraksiyaları layihənin əleyhinə çıxış ediblər.

Qanunvericilər müdafiə satınalmaları agentliyinin mobil kəşfiyyat sisteminin inkişafının Rohde & Schwarz şirkətinə verilməsi təklifini rədd edəcəklərini bildirdilər.

Hökumət əvvəllər bu şirkətə müqaviləni rəqabətli tender prosesi olmadan verməyi planlaşdırmışdı.

Üzvlər Andreas Mattfeldt, Sebastian Schäffer və Andreas Schwarz vurğuladılar ki, tender açıq və ədalətli olmalıdır. Vergi ödəyiciləri bilməlidirlər ki, dövlət “ən yaxşı məhsulları ən yaxşı qiymətə alır”.

Onlar həmçinin qeyd ediblər ki, layihə yeni sistemin işlənib hazırlanmasını nəzərdə tutur və bir neçə şirkət təklif verə bilər.

Bundan əvvəl KİV-lər Bundesverin genişmiqyaslı yenidən silahlanma planı haqqında məlumat vermişdilər. Onlar silahları ilk növbədə alman istehsalçılarından almağı planlaşdırırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə