...Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi BMT-nin öz funksiyalarını tam yerinə yetirə bilmədiyini nümayiş etdirir.
SİA-nın məlumatına görə, RBC-Ukrayna “Ukrinform”a istinadən xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı Yaponiyanın baş naziri Şiqeru İşiba deyib.
Hökumət başçısının sözlərinə görə, Təhlükəsizlik Şurası səmərəsizdir və bunun ən bariz nümunəsi Rusiyanın Ukraynaya təcavüzüdür.
...Beynəlxalq sülh və təhlükəsizlik üçün xüsusi məsuliyyət daşıyan Təhlükəsizlik Şurasının daimi üzvü qonşusuna təcavüz etdi. Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır, - Yaponiyanın baş naziri qeyd edib.
O, həmçinin xatırladıb ki, Təhlükəsizlik Şurasının qətnamələri veto ilə bloklanır və Baş Assambleyanın Rusiya qoşunlarının çıxarılmasını tələb edən qətnamələri “qəbul edilir, lakin yerinə yetirilmir”.
Bundan başqa, İşiba vurğulayıb ki, Moskva BMT Nizamnaməsinin 51-ci maddəsini özbaşına təfsir edərək və guya kollektiv özünümüdafiə hüququ ilə Ukraynaya təcavüzünü əsaslandıraraq təcavüzünü davam etdirir. Yaponiyanın baş naziri bu faktları nəzərə alaraq BMT Təhlükəsizlik Şurasında təcili islahatların aparılmasına çağırıb.
Konkret olaraq o, daimi və qeyri-daimi üzvlərin siyahısını genişləndirməyi təklif edir.
...BMT-nin üzvlərinin sayı 4 dəfə artsa da, Təşkilat yaranandan bəri daimi üzvlərin sayı dəyişməz qalıb. Eyni zamanda, sadəcə olaraq, Təhlükəsizlik Şurası üzvlərinin sayını artırmaq kifayət deyil. Daimi üzvlərin veto hüququna da toxunmaq lazımdır.
Bunu da İşiba deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə