Bu gün Gürcüstanda Suxumi şəhərinin süqutunun 32-ci ildönümüdür. Bununla əlaqədar olaraq Gürcüstan ərazisində bütün inzibati binaların üzərində dövlət bayraqları yarıya qədər endirilib. SİA xəbər verir ki, bununla, eyni zamanda, Abxaziya müharibəsində həlak olanların xatirəsinə ehtiram nümayiş etdirilir.
Qeyd edək ki, Abxaziyada hərbi qarşıdurma 1993-ci il avqustun 14-də başlayıb. 1994-cü il sentyabrın 27-dək davam edən münaqişə nəticəsində Gürcüstan Abxaziya üzərində yurisdiksiyasını itirib. Beynəlxalq ictimaiyyət bu faktı Rusiya tərəfindən işğal kimi tanıyıb.
Təsdiqlənməmiş məlumatlara əsasən, Abxaziya müharibəsində Gürcüstan tərəfindən 10 mindən çox hərbçi və dinc sakin həlak olub. 250 mindən çox gürcü Abxaziyadan didərgin düşüb. Abxaziya tərəfi isə 3500 nəfərin öldürüldüyünü, 2000-ə yaxın abxazın isə yaralandığını iddia edir.
Bütün xəbərlər Facebook səhifəmizdə