Misirdə fabrikdə yanğın nəticəsində ölənlərin sayı 11-ə çatıb

Bu gün səhər saatlarında Misirin şimalında yerləşən əl-Ğarbiyyə qubernatorluğunun əl-Mahallə əl-Kubra rayonunda geyim fabrikində baş verən yanğın nəticəsində ölənlərin sayı 11-ə çatıb. 33 nəfərin xəsarət aldığı bildirilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Şahidlərin bildirdiyinə görə, yanğın təzyiqin artması nəticəsində fabrikin qazanlarının partlaması ilə başlayıb. Nəticədə fabrikin binasında dağıntılar və çökmə baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə