Üç saat yarım davam edən danışıqlar...

Lukaşenko sentyabrın 25-də Moskvaya gəlib...

Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında görüş üç saat qırx dəqiqə davam edir və hələ başa çatmayıb.

SİA-nın məlumatına görə, lidelər söhbətlərini Putinin kabinetində davam etdiriblər.

...Üç saat 40 dəqiqə danışdıqdan sonra... Lukaşenko və Putin Rusiya prezidentinin ofisinə gediblər. Hazırda söhbət orada gedir, - məlumatda deyilir.

Kremldəki təkbətək danışıqlardan sonra Belarus və Rusiya lideləri iş səhər yeməyi yeyiblər. Açıqlanan menyuya görə, Putin Lukaşenkoya yumurta ağı omlet, avokado və yumurta ilə yaşıl qarabaşaq yarması, kişmiş və çiyələk ilə kəsmikli güveç təqdim edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə