Netanyahu: “İsrail və Suriya ciddi danışıqlar aparır...”

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Suriya ilə danışıqlar apardığını təsdiqləyib və Ərəb Respublikası ilə razılaşmanın mümkünlüyünə əmin olduğunu bildirib.

...Biz indi Suriyanın yeni hökuməti ilə ciddi danışıqlara başlamışıq. İnanıram ki, Suriyanın suverenliyinə hörmət edən və həm İsrailin təhlükəsizliyini, həm də bölgədəki azlıqların, o cümlədən druz azlıqlarının təhlükəsizliyini qoruyan razılaşmalar əldə etmək mümkün olacaq.

Netanyahu bunu BMT kürsüsündən deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə