...Moldovada müxalif “Qələbə” siyasi blokunun lideri İlan Şor bəyan edib ki, ölkənin gələcəyi Rusiya ilə güclü müttəfiqliyə bağlıdır. Onun sözlərinə görə, bu, vahid iqtisadi və xarici siyasət məkanının yaradılmasını, eyni zamanda ümumi təhlükəsizlik siyasətini əhatə etməlidir.
Şor vurğulayıb ki, Moldova Rusiyaya ucuz meyvə-tərəvəz, torpaq resurslarına çıxış və səmərəli logistika təklif edə bilər. Öz növbəsində Rusiya Moldovanı sərfəli elektrik enerjisi və Moldova məhsulları üçün böyük bazarla təmin edə bilər.
Şor əlavə edib ki, Moskva və Kişinyovun bir-birinə ehtiyacı var; onlar bir qurumdur və Moldova yalnız bu alyansda uğur qazanacaq.
SİA-nın məlumatına görə, bunu RİA Novosti xəbər verir. Xatırladaq ki, Avropayönlü siyasət yürüdən Maya Sandu 2020-ci ilin sonunda hakimiyyətə gəldikdən sonra ölkələr arasında münasibətlər pisləşib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə