PUA partladı, İsraildə 22 nəfər yaralandı

PUA partladı, İsraildə 22 nəfər yaralandı

Yəməndəki husilər tərəfindən buraxılan pilotsuz uçuş aparatının partlaması nəticəsində İsrailin Eylat şəhərində 22 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə “Əş-Şarq əl-Avsət” qəzeti məlumat yayıb. Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. İsrail tərəfinin bəyanatına görə, bu, son günlərdə Yəməndən həyata keçirilən ikinci PUA hücumudur.

Bütün xəbərlər Facebook səhifəmizdə