Ciorcia Meloni İtaliyanın Fələstini rəsmən tanımasının şərtini açıqlayıb
İtaliya Fələstin dövlətini girovların azad edilməsi və HƏMAS-ın Qəzzadan çıxarılması şərti ilə rəsmən tanıya bilər.
SİA xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Əksər ölkələr Fələstini tanımaq üçün öz təklifini təqdim edəcək. Lakin bütün girovların azad edilməsi və HƏMAS-ın Qəzzadan çıxarılması əsas şərtdir”, - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya, Kanada, Avstraliya, Portuqaliya, Fransa, Belçika, Lüksemburq, Malta, Andorra və Monako Fələstin dövlətini rəsmən tanıdıqlarını elan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB