...Əvvəllər ABŞ-ın keçmiş prezidenti Cozef Baydenin Senat köməkçisi olmuş və Rusiya vətəndaşlığını qəbul etmiş Tara Rid bu mühüm hüquqi inkişafdan məmnunluğunu rəsmən təsdiqləyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, rəsmi bəyanatında qeyd edib ki, “Rusiya vətəndaşlığını almaq mənim üçün böyük şərəfdir”.
RT xəbər verir ki, Rid rus dilçiliyinə və sosial-mədəni mühitə peşəkar eləcə də mədəni marağını nümayiş etdirərək rus dili üzrə biliklərini dərinləşdirmək niyyətini də ifadə edib.
2025-ci il sentyabrın 22-də Rusiya prezidenti Vladimir Putin ABŞ vətəndaşı Tara Ridə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.
O, daha əvvəl qeyd edib: "Ümid edirəm ki, bu yurisdiksiyada mənim təhlükəsizliyim təmin olunacaq. Məni səmimi qarşılayan Moskvadakı və Rusiya Federasiyasındakı dostlarıma dərin minnətdarlığımı bildirirəm”.
Rid 2023-cü ildə məsuliyyətli və qanuna tabe olan vətəndaş standartlarına uyğun yaşamağa söz verib.
Və o, yalnız Moskvaya gəldikdən sonra təhlükəsizlik hissi keçirdiyini dilə gətirib..?
Bunu da ruslar yazır...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə