Kiyevdə ticarət mərkəzində yanğın baş verib...

Kiyevdə Dneprovska sahilində yerləşən “Episentr” ticarət mərkəzi yanır.

SİA xəbər verir ki, bu barədə video yayımlayan Strana.ua nəşri məlumat yayıb.

Binanın içindən olan görüntülərdə mağazalardan birinin alov içində qalması görünür.

Müştərilər sirenlərin müşayiəti ilə işləməyən eskalatorlar vasitəsilə tez bir zamanda ticarət mərkəzini boşaltmağa məcbur olublar.

Hadisə ilə bağlı rəsmi məlumat verilməyib.

Epicenter Ukraynanın ən böyük pərakəndə satış şəbəkələrindən biridir və ölkə daxilində onlarla hipermarket var.

Sentyabrın 7-nə keçən gecə Ukrayna Nazirlər Kabinetinin Kiyevdə binası yanıb.Yanğın min kvadratmetrdən çox ərazini əhatə edib, alovun söndürülməsinə vertolyot cəlb edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə