...2024-cü ilin sonunda Cənubi Koreya, Hindistan və Rusiya ən böyük gender əmək haqqı fərqləri olan G20 ölkələri arasında idilər.
SİA xəbər verir ki, bu məlumatlar milli statistika idarələri və açıq mənbələr tərəfindən təqdim olunur.
Cənubi Koreyada qadınlar kişilərdən 32,5, Hindistanda 30,41, Rusiyada isə 30,36 faiz az qazanır.
Həmçinin Səudiyyə Ərəbistanında (28,2 faiz), Türkiyədə (27,1 faiz), Böyük Britaniyada (26,8 faiz), Argentinada (26,33 faiz), Yaponiyada (26,27 faiz), İtaliyada (24,8 faiz), Fransada (23,7 faiz) və Meksikada (21,6 faiz) 20 faizdən çox əmək haqqı fərqi qeydə alınıb.
Braziliyada fərq 18,1 faiz, ABŞ-da 17,3 faiz, İndoneziyada 16,6 faiz, Almaniyada 15,6 faiz təşkil edib.
...Ən aşağı göstəricilər Avstraliya (10,7 faiz), Kanada (12,6 faiz) və Çində (13 faiz) qeydə alınıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə