Tramp: “Putindən məyus oldum, o isə uduzur…”

ABŞ prezidenti neftin qiymətini aşağı salmaq üçün digər ölkələrə müraciət edib…

...ABŞ prezidenti Donald Tramp ölkələri neftin qiymətini aşağı salmağa çağırır, eyni zamanda Rusiyanın müharibədə uduzduğunu iddia edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox” televiziyasına açıqlamasında bildirib.

Tramp vurğulayıb ki, ABŞ neft hasilatını artırır və onun qiymətini aşağı salmaq üçün əlindən gələni edir.

Onun sözlərinə görə, bu, Ukraynada döyüşlərin bitməsini sürətləndirə biləcək iqtisadi təzyiq yaradır.

Amerika lideri digər ölkələrə də müraciət edərək neftin qiymətini aşağı salmağa çağırıb.

…Bu, avtomatik olaraq Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıracaq. Qiymətləri bir az daha aşağı salacaq və bu, müharibəni dayandıracaq. Mən Putindən məyus oldum, amma onlar itirirlər, hər həftə 5 min insan ölür. Hər həftə 5 mindən 7 minə qədər insan heç bir səbəb olmadan ölür.

Bunu Tramp bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə