Peskov: “Putin Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə açıqdır”..?

Kreml Putinin Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu açıqlayıb...

...Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vladimir Putin də ABŞ prezidenti Donald Tramp kimi Ukraynadakı münaqişənin sülh yolu ilə həllində maraqlıdır və cəhd etməyə hazırdır.

SİA-nın məlumatına görə, Peskov VGTRK jurnalisti Pavel Zarubinə deyib: “Biz ABŞ və prezident Trampın şəxsən bu məsələdə yardım etmək üçün səy göstərəcəyini gözləyirik”.

Onun sözlərinə görə, Moskva Vaşinqtondan və şəxsən Amerika liderinin danışıqlar prosesinin irəliləməsi üçün səy göstərməsini gözləyir.

Peskov vurğulayıb ki, Rusiya tərəfi sülh üçün imkanlar axtarmağa davam edəcək.

...Bundan əvvəl Avropa Trampın Rusiyaya qarşı siyasətini “uyğunsuz” adlandırmışdı.

...ABŞ-ın xüsusi nümayəndəsi Kelloq da bildirib ki, Ukraynanın ərazi məsələsi ilə bağlı reallıq qəbul edilməlidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə