İsraildən fələstinlilərlə bağlı sərt qərar

İsrail hakimiyyəti Halayle məhəlləsi və Qüdsün şimal-qərbindəki Beyt İqsa və Nəbi Samuel kəndlərinin sakinlərinə kəndlərinə girib-çıxmaq üçün xüsusi icazələr tətbiq edib. SİA xəbər verir ki, bu barədə Fələstinin yerli mətbuatı məlumat yayıb. Bildirilib ki, icazəsi olmayanlar bu məhəllə və kəndlərin girişində yerləşən hərbi keçid məntəqələrindən keçə bilməyəcəklər. Məlumatda bu kəndlərin İsrailin nəzarətinə keçməsi və sakinlərin bu torpaqların sahibi deyil, sadəcə sakinləri kimi görülməsi üçün atılan addım olduğu da vurğulanıb.

HƏMAS-ın Qüds Məsələləri İdarəsinin rəhbəri Harun Nəsirəddin isə yazılı açıqlamasında İsrailin bu addımı pisləyib. Həmçinin Qüdsün təcrid edilməsi və parçalanmasının əməli şəkildə həyata keçirilməsi kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə