...Avropa İttifaqı Rusiyanın mayeləşdirilmiş təbii qazından mərhələli şəkildə imtinasını sürətləndirmək niyyətindədir. SİA-nın məlumatına görə, Bloomberg xəbər verir ki, Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketinə 2027-ci ilin sonuna qədər mayeləşdirilmiş təbii qazının idxalını dayandırmaq üçün müddəanın daxil edilməsini nəzərdən keçirir.
Agentliyin mənbələrinə görə, Avropa İttifaqı RePowerEU-nun tədarükün bərpası planına dəyişiklik etməklə Rusiyadan LNG idxalını dayandırmağı düşünür.
...2022-ci ildə RePowerEU planını təqdim etdiyimizdən bəri biz Rusiya enerjisini gec yox, tez bir zamanda mərhələli şəkildə dayandırmağın daha yaxşı olduğunu danışırıq.
Bunu Avropa Komissiyasının sözçüsü Anna-Kaisa Itkonen deyib.
Bloomberg qeyd edir ki, bir çox Avropa İttifaqı ölkələri Hindistan və Çinə "tariflər tətbiq etməkdən çəkinir", buna görə də Avropa Komissiyası Rusiyanın mayeləşdirilmiş təbii qazına diqqət yetirir.
May ayında Avropa Komissiyası 2027-ci ilə qədər Rusiya enerjisindən mərhələli şəkildə imtina planını təqdim etdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə