İqlim dəyişikliyi nəticəsində temperaturun artması bu yay Avropa şəhərlərində 16 500 nəfərin ölümünə səbəb olub. SİA xəbər verir ki, bu barədə britaniyalı alimlərin araşdırmasında bildirilib.
Məlumata görə, bu, istidən ölüm hallarının 68 faizinə bərabərdir. Ümumilikdə 854 şəhərdə 24 400 nəfərin ekstremal istilərdən öldüyü təxmin edilir.
İstilər nəticəsində Romada 835, Afinada 630, Parisdə 409, Madriddə 387, Buxarestdə 360, Londonda 315, Berlində 140 ölüm halı qeydə alınıb.
Ölənlərin çoxu yaşı 65-dən yuxarı olanlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə