Papua-Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Yeni İrlandiya adasının cənub ucundan 120 km cənub-şərqdə və Yeni Qvineya adasındakı Lae şəhərindən 750 km şərqdə yerləşib.
Zəlzələnin maqnitudası 6 bal qiymətləndirilib. Amerikalı seysmoloqların məlumatına görə, zəlzələnin episentri 77,7 km dərinlikdə yerləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə