ABŞ Böyük Britaniyanın texnologiya sektoruna 42 milyard dollar sərmayə qoyur

Böyük Britaniyanın texnologiya sektoruna Amerika şirkətləri tərəfindən 31 milyard funt-sterlinq (42 milyard dollar) investisiyanı nəzərdə tutan texnoloji əməkdaşlıq haqqında saziş ABŞ Prezidenti Donald Trampın Londona səfəri üçün razılaşdırılıb. SİA xəbər verir ki, bu barədə Britaniya hökumətinin başçısı Kir Starmerin ofisi məlumat yayıb.

“Microsoft”, NVIDIA, “Google”, “OpenAI” və “CoreWeave” kimi ABŞ-ın aparıcı texnoloji və süni intellekt şirkətləri Böyük Britaniyanın süni intellekt infrastrukturunun və qabaqcıl texnologiyaların inkişafına birgə 31 milyard funt-sterlinq (42 milyard dollar) ayırıblar”, - deyə məlumatda bildirilib.

Müqavilə, həmçinin Amerikanın kvant və nüvə enerjisinə investisiyasını nəzərdə tutur.

"Bu Texniki Rifah Müqaviləsi ABŞ ilə əlaqələrimizdə nəsil dəyişikliyini qeyd edir. Atlantikanın hər iki tərəfindəki milyonlarla insanın gələcəyini formalaşdırır və ölkə daxilində böyümə, təhlükəsizlik və imkanlar təqdim edir", - deyə Starmer qeyd edib.

Onun sözlərinə görə, bu, iki ölkəyə “sabahın texnologiyaları sahəsində dünya lideri olmağa” imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə