İsrailin Baş naziri Benyamin Netanyahu tezliklə Ağ Evdə ABŞ Prezidenti Donald Trampla yenidən görüşməyi planlaşdırdığını bildirib. SİA xəbər verir ki, bu barədə Netanyahu İsrail iqtisadiyyatındakı vəziyyətə həsr olunmuş mətbuat konfransında deyib.
"Tramp məni Ağ Evə dəvət etdi. Bu, iki həftədən sonra, mənim BMT Baş Assambleyasında çıxışımdan sonra olacaq", - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə