Britaniya qırıcıları Polşa üzərində patrula başlayacaq

Böyük Britaniyanın qırıcı təyyarələri NATO-nun “Eastern Sentry” missiyası çərçivəsində Polşa üzərində müdafiə uçuşları həyata keçirəcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, məqsəd Rusiyadan qaynaqlanan təhlükələrin, o cümlədən pilotsuz uçuş aparatlarının qarşısını almaqdır. Britaniya Kral Hava Qüvvələrinin “Typhoon” qırıcıları Danimarka, Fransa və Almaniyadan olan müttəfiq qüvvələrlə birgə alyansın şərq cinahında müdafiəni və çəkindiriciliyi gücləndirəcək. Təyyarələr Linkolnşirdəki “RAF Coningsby” bazasından fəaliyyət göstərəcək və yaxın günlərdə Polşa üzərində patrul uçuşlarına başlayacaq.

Bu addım Rusiya pilotsuz uçuş aparatlarının Polşa və Rumıniya hava məkanını pozmasından sonra atılıb.

Baş nazir Kir Starmer bəyan edib ki, Birləşmiş Krallıq NATO-nun şərq cinahını gücləndirmək səylərini dəstəkləyəcək. Müdafiə naziri Con Hili isə bildirib ki, Britaniya Polşa da daxil olmaqla NATO müttəfiqlərinin yanında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə