...Sentyabrın əvvəlində Pekin dünyaya simvolik jest göstərdi: Şimali Koreya lideri Si Cinpin, Putin və Kim Çen In hərbi paradda yan-yana yürüş etdilər.
Görüntü Qərbə qarşı manifest kimidir. Lakin xarici parıltının arxasında daha mürəkkəb reallıq dayanır.
SİA-nın məlumatına görə, bu barədə Foreign Affairs yazır
...Çin, Rusiya və Şimali Koreya “təbii müttəfiqlər” deyil. Onları etimad və ümumi dəyərlər deyil, şikayətlər, ABŞ-ı zəiflətmək ehtiyacı və istəyi birləşdirir.
Tarix artıq sübut edib ki, bu “üçlük” daxilində çox sıx qucaqlaşma münaqişələr və qarşılıqlı inamsızlıqla nəticələnir. Pekin, Moskva və Pxenyan üçün fəlakət olan Koreya müharibəsini xatırlatmaq kifayətdir.
Bu gün Çin Rusiyanı dəstəkləyir, ancaq öz iqtisadiyyatını təhdid etmədiyi müddətcə...
Moskva silah və müttəfiq axtarışında Pxenyanla əlaqələri gücləndirir - Pekinin açıq-aşkar qıcıqlanmasına...
Kim Çen In tanış oyun oynayır: Kreml və Çin arasında tarazlıq yaratmaq, onların rəqabətindən maksimum nəticə çıxarmaq...
Və hələ də Vaşinqtonun təsir rıçaqları var.
Çin iqtisadi sabitliyə can atır və münaqişələrdə ehtiyatlı davranır, Rusiya sonda müharibədən “çıxış yolu” axtaracaq, Şimali Koreya isə hələ də tanınmaq və sanksiyaların ləğvi arzusundadır. Bu istəklərin heç biri ABŞ-ın iştirakı olmadan təmin edilə bilməz.
Pekindəki qırmızı xalça Amerikaya meydan oxumaq məqsədi daşıyırdı.
Lakin onun hüdudlarından kənarda alyans tikişlərdə çatlayır. Və əgər Vaşinqton öz güclü tərəflərindən – hərbi ittifaqlardan, iqtisadi təsirlərdən və diplomatik imkanlardan istifadə edə bilsə, o, nəinki “avtokratik ittifaqı” cilovlaya, həm də oyun qaydalarını diktə edə biləcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə