ABŞ NATO ərazisinin hər qarışını müdafiə edəcəyinə söz verir...

Rus pilotsuz təyyarələri Polşanı işğal etdikdən sonra...

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Doroti Şi Polşanın hava məkanını pozan Rusiya pilotsuz təyyarələrini vurmasından sonra ABŞ-ın Alyansın ərazisini müdafiə etməyə hazır olduğunu bildirib.

SİA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında bildirilir.

...Doroti Şinin sözlərinə görə, Vaşinqton “NATO ərazisinin pozuntuları” qarşısında müttəfiqlərini dəstəkləyir. O, qeyd edib ki, Rusiya Ukraynada bombardman kampaniyasını gücləndirib, nəticədə insan tələfatı və mülki infrastrukturun zədələnməsi ilə nəticələnib.

Şi qeyd edib ki, bu hərəkətlər, eləcə də Rusiyanın qəsdən və ya elə-belə ABŞ-ın müttəfiqinin hava məkanını pozması ABŞ-ın münaqişəyə son qoymaq üçün xoş niyyətli səylərinə böyük etinasızlıq nümayiş etdirir.

...Rusiya və Ukrayna arasında müharibə bitməlidir. Biz onun daha geniş münaqişəyə çevrilməsinə imkan verə bilmərik. Rusiya sülhə doğru təcili, konkret addımlar atmaqla öz ciddiliyini nümayiş etdirməlidir, - diplomat bildirib.

BMT-yə üzv olan 50-yə yaxın ölkə sentyabrın 10-na keçən gecə Rusiyanın Polşa hava məkanını işğal etməsini pisləyib. Polşa və imzalayan ölkələr Rusiyanı Ukraynaya qarşı təcavüzkar müharibəsini dərhal dayandırmağa, növbəti təxribatlardan çəkinməyə və BMT Nizamnaməsində təsbit olunmuş öhdəliklərə əməl etməyə çağırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə