Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Prezidenti Donald Trampın yaxın müttəfiqi olan siyasi fəal Çarli Kirkin Yuta Universitetində çıxışı zamanı öldürülməsində şübhəli bilinən şəxsin iki fotosunu yayımlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yaxınlıqdakı binanın damında tək atəş açmaqla siyasi fəala qarşı sui-qəsd edən şəxsin kimliyi 24 saata yaxın naməlum qalıb.
Papaq, günəş eynəyi və uzunqol qara köynəkdə olan şəxsin saxlanılması üçün məlumat təqdim edən şəxslərə 100 min dollar mükafat təyin edilib.
Qeyd edək ki, ötən gün FTB direktoru Kaş Patel şübhəli şəxsin saxlanıldığını açıqlasa da, hüquq-mühafizə orqanlarının sorğusundan sonra sərbəst buraxıldığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə