...Ən azı beş Rusiya pilotsuz təyyarəsi Polşanın Rzeşov şəhərindəki logistika mərkəzinə yönəlib. Bunu ilkin araşdırma sübut edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Spiegel və Welt yazır.
Welt yazır ki, Polşanın apardığı ilkin araşdırmanın nəticələri çərşənbə günü axşam baş tutan NATO daxili brifinqində açıqlanıb.
Nəşrin məlumatına görə, Rusiya pilotsuz təyyarələri Ukraynaya hərbi yardımın çatdırıldığı NATO bazasına doğru düz bir xətt üzrə uçurdu.
Spiegel yazır ki, NATO ən azı beş pilotsuz təyyarənin Rzeşovdakı logistika mərkəzinə yönəldiyini güman edir.
Bu dronların qarşısını almaq üçün Hollandiya “F-35” qırıcılarından istifadə edilib.
Bunu Spiegel bildirir.
Nəticədə təyyarələr üç pilotsuz uçan aparatı vura bilib, daha ikisi naməlum səbəbdən qəzaya uğrayıb.
Bunu isə Welt qeyd edir.
Welt yazır ki, dronların Polşaya təsadüfən uçmadığına dair getdikcə daha çox sübutlar ortaya çıxır.
Qəzet qeyd edir ki, bu versiyanın lehinə başqa bir arqument, çərşənbə günü səhər daha iki pilotsuz təyyarənin Litvanın hava məkanına daxil olması ola bilər ki, bu barədə əvvəllər məlumat verilmirdi.
...Mövcud olan məlumata əsasən, biz güman edirik ki, pilotsuz təyyarələr çox güman ki, qəsdən NATO hava məkanına daxil olub.
Bunu alyansın yüksək rütbəli zabiti nəşrə deyib.
Welt-in yazdığına görə, NATO hesab edir ki, Rusiya pilotsuz təyyarələri Alyansın hava məkanına hərbi cavab sürətini və PUA əleyhinə imkanları yoxlamaq üçün uçub.
Qəzet əlavə edir ki, təyyarənin qalıqları arasında heç bir partlayıcı tapılmadığı üçün birbaşa hücum versiyası nəzərdən keçirilmir. Rzeşovdakı logistika mərkəzi Ukraynaya hərbi texnikanın tədarükü üçün ən mühüm tranzit məntəqələrindən biridir.
Burada təxminən 200 əsgər və 100 ağır texnikadan ibarət Alman hərbi kontingenti var.
“Spiegel” yazır ki, Almaniyanın iki “Patriot” hava hücumundan müdafiə sistemi döyüş hazırlığına gətirilib və pilotsuz uçan aparatları izləyib, lakin raketləri buraxmayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə