Polşa Belarus və Ukrayna ilə şərq sərhədlərində hava nəqliyyatına məhdudiyyətlər elan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "X" sosial media platformasında paylaşılan paylaşımda Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığından bildirilib: "Dövlət təhlükəsizliyini təmin etmək məqsədilə 10 sentyabr - 9 dekabr tarixləri arasında Polşanın şərq hissəsində məhdud zona şəklində hava hərəkətinə məhdudiyyət tətbiq edilib".
Polşa sentyabrın 10-da Ukraynadakı hədəflərə hücumlar zamanı Rusiyanın hava məkanını dəfələrlə pozan bir neçə pilotsuz təyyarəni vurduğunu açıqlayıb. Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi hədəflərin intensiv hücumlara məruz qaldığını, lakin Polşadakı obyektlərin hücumlarda hədəf alınmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə