...Sentyabrın 10-da ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Rusiyanın Polşa hava məkanını pozması ilə bağlı ABŞ prezidenti Donald Trampın mövqeyini dəstəkləyib.
SİA xatırladır ki, sentyabrın 10-da Tramp iki cümləlik yazı yazıb: "Nə olub, Rusiya niyə pilotsuz təyyarələrlə Polşanın hava məkanını pozur? Buyurun!"
Qrem qeyd edib ki, o, Trampın “Rusiyanın çoxsaylı pilotsuz uçuş aparatlarından istifadə edərək bir neçə saat ərzində Polşa hava məkanını ağılsızcasına pozması” ilə bağlı fikirləri ilə tam razıdır.
...Cənab Prezident, Konqres sizinlədir. Biz Rusiyaya qarşı sizin mülahizənizlə tətbiq oluna biləcək yeni sanksiyalar və tarifləri şikəst etməyə imkan verəcək qanunvericilik aktını qəbul etməyə hazırıq. Məqsədimiz artan bu təhlükə ilə mübarizə aparmaq üçün sizə səlahiyyət verməkdir.
ABŞ senatoru yazıb.
O, həmçinin Trampın Ukraynaya qarşı müharibəni dayandırması üçün Rusiyaya təzyiqi artıraraq ucuz rus nefti alan Hindistan və Çinə 100 faiz rüsum tətbiq etmək təklifini dəstəkləyib.
...Avropaya: Ümid edirəm ki, Konqresdəki Respublikaçılar və Demokratlar bu müharibəni bitirmək üçün prezident Trampla yeni ideyalar - tariflər kimi - üzərində işləyirlər. Ümid edirəm ki, siz də izləyirsiniz, - Qrem vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə