Pilotsuz təyyarələr ilk dəfə Belarusdan birbaşa uçub...

Donald Tusk Rusiyanın PUA-larının işğalı ilə bağlı son məlumatları paylaşıb...

...SİA-nın məlumatına görə, Polşanın baş naziri Donald Tusk Rusiya pilotsuz təyyarələrinin ölkə ərazisinə kütləvi şəkildə müdaxiləsini şərh edib.

...İlk dəfə olaraq Polşanın hava məkanını pozan pilotsuz təyyarələr Ukraynadan deyil, birbaşa Belarusdan gəlib.

Bunu Polşa Baş Nazirinin dəftərxanası bildirib.

Ümumilikdə Polşa ötən gecə Rusiya pilotsuz təyyarələri tərəfindən 19 hava məkanı pozuntusu qeydə alınıb. Onlardan ən azı üçü vurulub. Polşanın hava məkanının ilk pozulması Belarus vaxtı ilə saat 00:30 radələrində qeydə alınıb. Sonuncu qeydə alınan hadisə Minsk vaxtı ilə səhər saat 7:30-da baş verib.

Qeyd edək ki, Rusiyaya məxsus pilotsuz təyyarələrdən biri Lüblin voyevodalığının Vırıki Vola kəndində yaşayış binasını vurub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə