ABŞ prezidenti Donald Tramp Rusiyanın pilotsuz təyyarəsinin Polşaya hücumu ilə bağlı insidentə ilk dəfə münasibət bildirib.
SİA-nın məlumatına görə, bu barədə Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb.
...Nə oldu, Rusiya niyə pilotsuz təyyarələrlə Polşanın hava məkanını pozur? Buyurun!
Tramp yazıb
KİV-in məlumatına görə, Tramp sentyabrın 10-da Polşa prezidenti Karol Navroçkiyə zəng edə bilər.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker artıq bəyan edib ki, ABŞ Rusiya pilotsuz təyyarələrinin Polşa hava məkanını pozması ilə bağlı müttəfiqlərini qətiyyətlə dəstəkləyir və “NATO ərazisinin hər qarışını müdafiə edəcəyini” vəd edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə