Rusiya Müdafiə Nazirliyi bir gecədə Ukraynanın Rusiyaya hücumları zamanı 144 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlik açıqlamasında Rusiyanın hava hücumundan müdafiə sistemlərinin dünən Moskva vaxtı ilə saat 17:40-dan gecə yarısı arasında sərhəd bölgələrində 22 təyyarə tipli PUA-nın vurulduğunu, gecə yarısı ilə 05:00 arasında isə müxtəlif bölgələrdə 122 təyyarə tipli PUA-nın məhv edildiyini bildirib.
Açıqlamada qeyd edilib ki, Qara Dəniz Donanması Moskva vaxtı ilə saat 07:10 radələrində Qara dənizdə Ukraynaya məxsus pilotsuz gəmini məhv edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə