Konqo Demokratik Respublikasının (KDR) Şimali Kivu əyalətində üsyançıların hücumu nəticəsində 80 dinc sakin həlak olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Demokratik Alyans Qüvvələrinin üsyançı qrupunun üzvləri Şimali Kivudakı Ntoyo kəndində dəfn mərasimi zamanı kəndlilərə silahlı hücum edib.
Hücum nəticəsində 80 nəfər həlak olub və bir çoxu ADF üzvləri tərəfindən qaçırılıb. Bölgədəki ADF üzvləri fidyə tələb etmək üçün tez-tez insanları qaçırırlar. Keçən ay Şimali Kivu əyalətində ADF üzvlərinin hücumları nəticəsində 52 mülki şəxs həlak olub. 1990-cı illərin sonunda Uqanda və Konqo Demokratik Respublikasında (KDR) fəaliyyətə başlayan ADF, Uqanda Milli Azadlıq Ordusu (NALU), Uqanda Müsəlman Azadlıq Ordusu və Təbliğ Camaatı kimi hərəkatların keçmiş üzvləri tərəfindən yaradılmışdır. Bildirilir ki, ADF hücumları 2014-cü ildən bəri minlərlə dinc sakinin ölümünə və yüz minlərlə insanın didərgin düşməsinə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə