Donetskdə hücum olub - 21 nəfər həlak olub

Rusiyanın Ukraynanın Donetsk bölgəsinə endirdiyi hücum nəticəsində azı 21 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Donetsk vilayətinin rəhbəri Vadim Filaşkın açıqlamasında Rusiyanın Yarova kəndinə saat 12:30 radələrində zərbə endirdiyini bildirib.

Onun sözlərinə görə, ruslar pensiya növbəsində dayanan dinc sakinləri hədəf alıb: "Bu, müharibə deyil, açıq-aşkar terror aktıdır”. Hadisə yerinə təcili yardım qrupları cəlb olunub, yaralılara tibbi yardım göstərilir.

Ukrayna Prezidenti Vladimir Zelenski də sosial şəbəkədə açıqlama yayaraq hücumu pisləyib və beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sərt addımlar atmağa çağırıb: “Bu amansız hava hücumunda birbaşa mülki şəxslər hədəf alınıb. Dünya buna biganə qalmamalıdır. ABŞ, Avropa və G20 adekvat cavab verməlidir”.

Qeyd edək ki, Yarova kəndi Slovyansk şəhərindən təxminən 20 km, cəbhə xəttindən isə cəmi 9 km məsafədə yerləşir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə