Nepalın Baş naziri Şarma Oli ölkədə baş verən kütləvi etiraz aksiyaları ilə əlaqədar istefa verib. SİA Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə Baş nazirin köməkçisi Prakaş Silval məlumat yayıb.
Qeyd edək ki, hazırda Katmanduda hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları avtomobil təkərlərini yandıraraq hökumət rayonunda nəqliyyatın hərəkətini dayandırıb. Nepal hakimiyyəti paytaxtda məhdudiyyətsiz komendant saatı tətbiq edib.
Nümayişçilər ötən həftə hökumətin ölkədə sosial şəbəkələr və mesajlaşma proqramlarının fəaliyyətini məhdudlaşdırmaq qərarına, həmçinin korrupsiyaya etiraz edir. Əsasən gənclər və tələbələrdən ibarət aksiya iştirakçıları ilə polis arasında toqquşmalar baş verib. Toqquşmalarda azı 19 nəfər həyatını itirib, 100-dən çox insan isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170