Nepalda etirazlar zamanı azı 16 nəfər həlak olub

Nepalın paytaxtı Katmanduda polisin gənc etirazçılara atəş açması nəticəsində azı 16 nəfər həlak olub, 90 nəfər yaralanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, polis minlərlə gənc parlament binasına doğru hərəkət edərkən atəş açıb. Etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan da istifadə edilib.

Etirazlara korrupsiya, feysbuk və yutub sosial platformalarından istifadəni qadağan edən yeni qanun layihəsi səbəb olub. Nümayişçilər ölkədə korrupsiyaya son qoymağa çağıran pankartlar qaldırıblar. Nepal hökuməti bildirib ki, “saxta xəbərlər” və nifrət təbliğatının yayılması ilə mübarizə aparmaq üçün sosial medianın tənzimlənməsi lazımdır.

Hazırda milyonlarla nepallı məlumat almaq üçün instaqram sosial şəbəkəsindən istifadə edirlər.

Katmandu polisi təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmaların baş verdiyi Nyu-Baneşvar bölgəsində komendant saatı tətbiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə