Tramp: Amerikada dini geri qaytarmalıyıq

“Amerikada dini geri qaytarmalıyıq”.

SİA-nın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı İncil Muzeyində çıxışı zamanı deyib.

O bildirib ki, Amerika iman üzərində qurulub və iman zəiflədikcə ölkə də zəifləyir.

“Biz Tanrıya məxsus millətik və həmişə də olacaq. Biz Amerikada dini əvvəlkindən daha güclü şəkildə qaytarmalıyıq”, - deyə Tramp əlavə edib.

ABŞ Prezidenti ailəsinə məxsus İncili İncil Muzeyinə bağışladığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə