Husilər İsrailin hava limanlarına hücumlar təşkil etdiyini iddia edirlər
Husilər İsrailin Ben Qurion və Ramon hava limanlarına hücum etmək üçün dronlardan istifadə etdiklərini bildiriblər. SİA xəbər verir ki, Al Masirah telekanalının məlumatına görə, bu barədə Yəmənin Ənsar Allah (Husi) sözçüsü Yəhya Səriya bildirib.
Təl-Əvivdəki Ben Qurion hava limanına, Eylatdakı Ramon hava limanına və Dimonadakı "yüksək dəyərli hədəfə" pilotsuz təyyarələrin hücum etdiyi iddia edilir.
Bundan əvvəl husilər Qərbi Qüdsdəki hədəfə ilk raket zərbəsi endirdiklərini, həmçinin İsrailin şimalındakı Hayfaya pilotsuz təyyarə ilə hücum etdiklərini açıqlamışdılar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə