İrəvan məhkəməsi Samvel Karapetyanı həbsdə saxlayıb

...İrəvan məhkəməsi biznesmen Samvel Karapetyanı həbsdə saxlayıb.

SİA-nın məlumatına görə, bu barədə vəkil Aram Vardevanyan Sputnik Ermənistan-a bildirib.

Vəkilin sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Apellyasiya Məhkəməsi müdafiə tərəfinin həbsin ləğvi ilə bağlı vəsatətini rədd edib.

Müdafiə tərəfi Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Qeyd edək ki, bir müddət əvvəl erməni politoloq, media eksperti, “Alpha News”un baş redaktoru Tiqran Köçəryan RT-yə müsahibəsində Ermənistan hakimiyyətinin Samvel Karapetyanın azadlığa buraxılmasına imkan verməyəcəyi ilə bağlı fikirlərini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə