“Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan sentyabrın 7-də “Vladimir Solovyovla axşam” verilişində bildirib ki, həkimlər ona “dəhşətli, ciddi” xəstəlik diaqnozu qoyublar.
O, əməliyyat olunmalı olduğunu deyib və döşünün sol tərəfini göstərib.
...Mən hiss etdim ki, bu gün efirə çıxıb həqiqəti deməliyəm, çünki tamaşaçıların şayiələrlə qidalanmasına imkan verməkdənsə, özümüz həqiqəti söyləmək həmişə daha yaxşıdır,- deyib.
Daha sonra Simonyan mastektomiyadan danışdığını açıqladı: ...Gənc qvardiyadan olan qızları xatırlayanda onların döşlərinin diri-diri kəsiləcəyini bilirdik – mənimki kimi yox, narkozla...
SİA-nın məlumatına görə, 45 yaşlı Marqarita Simonyan həkimlərin hansı xəstəlik diaqnozu qoyduğunu dəqiqləşdirməyib.
Simonyana yaxın media bazarındakı mənbə “The Moscow Times”a bildirib ki, o, xərçəng xəstəliyinə tutulub və səhhətində çox ciddi problemlər var.
Mənbənin sözlərinə görə, onun "Russia Today"-də fəaliyyətini davam etdirməsi məsələsi həll edilir və ayrılma variantına baxılır.
Xatırladaq ki, Simonyan “RİA Novosti” agentliyinin, eləcə də Kremlin xarici auditoriyaya yönəlmiş əsas təbliğat vasitələrindən biri olan RT telekanalının daxil olduğu “Russia Today” media holdinqinə rəhbərlik edir.
Kanalın büdcəsi tamamilə dövlət vəsaiti hesabına formalaşır. 2025-ci ildə büdcə qanununa əsasən, RT-nin maliyyələşdirilməsi 31,1 milyard rubl təşkil edəcək.
ABŞ və Avropa İttifaqı “Russia Today” media qrupu, RİA Novosti, Russia Today, Simonyanın özünə və həmkarlarına qarşı sanksiyalar tətbiq edib. Simonyanın əri, rejissor Tiqran Keosayan 9 aydır ki, komadadır, heç bir yaxşılaşma yoxdur. Bu barədə RT-nin baş redaktoru özü Telegram kanalında məlumat verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə