Latviya 800-dən çox rusiyalının ölkəni tərk etməsini tələb edib...

Onlar latış dili imtahanından keçə bilməyiblər...

Latviyanın Miqrasiya Departamenti oktyabrın 13-dək 841 Rusiya vətəndaşının ölkəni tərk etməsinə göstəriş verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Latviyanın LTV televiziyasının reportajında ​​idarənin rəhbəri Maira Roze bildirib.

Səbəb Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq 2022-ci ilin payızında qəbul edilən immiqrasiya qanunvericiliyində dəyişikliklər olub.

Daha sonra qəbul edilən düzəlişlər Rusiya vətəndaşlarını A2 səviyyəsində latış dilini bilmələrini təsdiqləməyə məcbur edir. 2023-cü ildə iştirakçıların 46 faizi bu imtahandan keçib, qalanlarına isə hazırlaşmaq üçün daha iki il vaxt verilib.

Oktyabrın ortalarına qədər Latviyanı tərk etməli olan ruslardan əlavə, sentyabrın sonuna qədər daha iki minə yaxın Rusiya vətəndaşı təcili olaraq yenidən imtahan verməlidir, əks halda onlar da ölkədən deportasiya oluna bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə