Fransada ifrat sağçıların reytinqi yüksəlib

Fransada bazar günü keçirilən rəy sorğusu ifrat sağ qüvvələrin reytinqinin yüksək olduğunu göstərib. SİA “Figaro”ya istinadla xəbər verir ki, səsverməni “Toluna Harris Interactive” təşkilatı keçirib.

Rəy sorğusu göstərir ki, növbədənkənar parlament seçkiləri keçiriləcəyi təqdirdə ifrat sağçı Milli Cəbhə Partiyası və onun tərəfdaşları yerlərin azı 33 faizinə sahib olacaq. Digər partiyalar 10 – 19 faiz arası səs ala bilər.

Avqustun sonunda keçirilmiş rəy sorğusu da Milli Cəbhənin parlamentdəki yerlərin 32 – 33 faizinə sahib ola biləcəyini göstərirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə