Üç ölkədə kütləvi internet kəsilməsi baş verdi

Qırmızı dənizdə sualtı kabelin zədələnməsi Hindistan, Pakistan və BƏƏ-də internetin geniş şəkildə kəsilməsinə səbəb olub. SİA xəbər verir ki, bu barədə "Netblocks" internet monitorinq qrupu məlumat yayıb. Problemlərin Səudiyyə Ərəbistanının Ciddə şəhəri yaxınlığındakı SMW4 və IMEWE kabel sistemlərindəki nasazlıqlarla bağlı olduğu güman edilir. BƏƏ-dəki "Etilasat" və "Du" şəbəkələrində də sürətlərin azaldılması və giriş çətinlikləri olduğu bildirilib. Hazırda yaranmış məsələlərin həlli istiqamətində iş aparılır. Sentyabrın 7-də bildirilib ki, “Microsoft”un “Azure” bulud saxlama platformasının istifadəçiləri Qırmızı dənizdə sualtı fiber-optik kabellərin zədələnməsi səbəbindən problemlərlə üzləşə bilər. Sentyabrın 1-də məlum olub ki, Estoniya və Finlandiyanı birləşdirən "EstLink 1" sualtı elektrik ötürücü xətti sıradan çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə