Tezliklə Qəzza ilə bağlı razılaşma əldə edəcəyik. SİA-nın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“HƏMAS-la bağlı bəzi məsələlər ortaya çıxdı və biz çox yaxşı ola biləcəyini düşündüyümüz bir həll üzərində işləyirik. Bu barədə çox yaxında eşidəcəksiniz. Biz buna son qoymağa, girovları geri qaytarmağa çalışırıq”,- deyə Tramp bildirib.
Tramp çox yaxşı müzakirələrin baş tutduğunu əlavə edib. Dövlət başçısı Qəzzada saxlanılan israilli girovların azad ediləcəyinə və meyitlərin qaytarılacağına əmin olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB