Almaniyanın Baden-Vürttemberq əyalətində supermarketin damı çöküb, dörd nəfər xəsarət alıb
Almaniyanın Baden-Vürttemberq əyalətindəki Lauxrinqen şəhərində supermarketin dam örtüyünün çökməsi nəticəsində dörd nəfər xəsarət alıb. SİA yerli mediaya istinadla xəbər verir ki, xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılların şəxsiyyəti və hadisənin başvermə səbəbləri barədə məlumat verilməyib.
Hadisə zamanı supermarketdə müştəri və işçilər də daxil olmaqla 26 nəfər olub. Qəzadan dərhal sonra hadisə yerinə təhlükəsizlik və xilasetmə qüvvələri, təcili yardım briqadaları, o cümlədən helikopter cəlb olunub və insanlar dərhal təxliyə edilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə