Messencerlər xüsusi xidmət orqanları üçün şəffafdır...

Kreml xüsusi xidmət orqanları üçün messencerlərin şəffaflığından danışıb İstənilən messencerdə yazışmalar xüsusi xidmət orqanlarının nümayəndələri üçün tamamilə şəffafdır.

SİA-nın məlumatına görə, bu barədə TASS-a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

Onun sözlərinə görə, başa düşmək lazımdır ki, istənilən messencer tamamilə şəffaf sistemdir.

…Və onlardan istifadə edən insanlar başa düşməlidirlər ki, onlar hamısı şəffafdır. Xüsusi xidmət orqanları üçün, - Peskov əlavə edib.

Kreml nümayəndəsi qeyd edib ki, məxfi dövlət və korporativ məsələlərdə bunu nəzərə almaq lazımdır.

Bir gün əvvəl Peskov demişdi ki, fırıldaqçılar hazırda xarici xidmətlərdən istifadə etdikləri kimi yerli MAX messencerindən də istifadə etməyə başlaya bilərlər.

Avqustun 13-də Roskomnadzor fırıldaqçılarla mübarizə üçün Telegram və WhatsApp vasitəsilə edilən zənglərin bloklandığını bildirib.

Dövlət Dumasında deyildiyi kimi, messencerlərin sahibləri “faslı olaraq cinayətkarların şərikinə çevriliblər” və təkcə “WhatsApp”da hücuma məruz qalan vətəndaşların payı 2024-cü ildən bəri 3,5 dəfə artıb.

Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi çıxışın bərpa oluna biləcəyini istisna etməyib.

Lakin deputat Anton Qorelkinin sözlərinə görə, bu, yalnız messencerlər Rusiyaya “eniş” etdikdən sonra mümkün olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə