...İngilis dilini bilmək həyatda daha çox imkanlar açır. Ancaq görünən odur ki, ingilis dili ana dilisi olan insanlar planetin ən bədbəxt insanları sırasındadır.
SİA xəbər verir ki, bu barədə “Mirror” nəşri yeni araşdırmaya istinadən məlumat yayıb.
Belə ki, yeni Dünya Xoşbəxtlik Hesabatı Böyük Britaniya, ABŞ, İrlandiya, Avstraliya, Yeni Zelandiya və Kanada kimi ölkələrdə stresdən əziyyət çəkən və özünü bədbəxt hiss edən gənclərin sayının artdığını göstərib.
Təbii ki, ingilis dilinin özünün bununla heç bir əlaqəsi yoxdur. Təhlil göstərir ki, məhz bu ölkələrdə gənclər bir sıra səbəblərdən öz gələcəkləri, xüsusən də karyera perspektivləri ilə bağlı nikbinlikdən məhrumdurlar.
Və ingilisdilli ölkələrdəki bu hisslər gənclərin ağır işin uğur gətirə biləcəyinə daha çox inandığı kontinental Avropadakı hisslərlə kəskin şəkildə ziddiyyət təşkil edir.
İngilis dilli gənclərin bədbinliyinin əsas səbəblərindən biri də bu ölkələrdə mənzil bazarında yaşanan böhrandır.
Ev qiymətlərinin yüksək olması yalnız ingilisdilli dünya üçün problem olmasa da, Britaniya və ABŞ-da son 30 ildə yaşayış evləri 200 faizdən çox bahalaşıb, kontinental Avropada isə qiymətlər cəmi 80 faiz artıb.
Əvvəllər ev sahibi olmaq arzusu gənclərin işləmək üçün güclü motivasiyası idisə, bu gün gənclər sadəcə olaraq nə vaxtsa öz evlərini almaq üçün kifayət qədər pul qazana biləcəklərinə inanmırlar.
Vəziyyət Anglo-Sakson ölkələrində ev və ya mənzil sahibi olmaq insanın uğurunun əsas ölçülərindən biri olması ilə daha da pisləşir. Buna görə də, almaq imkanı olmayan gənclər daha da depressiyaya düşürlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə