...Sentyabrın 8-də bir qrup Avropa rəsmisi Amerika rəsmiləri ilə Rusiyaya qarşı müxtəlif iqtisadi təzyiqlər, o cümlədən yeni sanksiyaları müzakirə edəcək.
SİA xəbər verir ki, bu barədə mənbəyə istinadən Associated Press məlumat yayıb.
Mənbənin məlumatına görə, ABŞ-ın maliyyə naziri Skott Bessent dünən Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə bu mövzuda danışıb.
Nəşr qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəni dayandıra bilməməsindən getdikcə daha çox məyus olur.
O, boş yerə Rusiya diktatoru Vladimir Putini Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar masasına oturmağa inandırmağa çalışıb.
...Maraqlıdır ki, Tramp Ukraynada müharibənin sona çatmasında irəliləyiş olmasa, yayda Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində idi, lakin o, heç vaxt bunu etmədi və bunun əvəzinə avqustun 15-də Alyaskada Putinlə sammit keçirdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə