Norveç Rusiya neftinin qiymətini aşağı salır...

Norveç şirkətləri artıq müəyyən edilmiş həddən artıq Rusiya neftini ala və ya xidmət göstərə bilməyəcək...

Norveçin Xarici İşlər Nazirliyi cümə günü bildirib ki, Avropa Birliyi ilə razılaşdırılmış Rusiyaya qarşı sanksiyalar çərçivəsində Norveç cümə günü neftin qiymətini aşağı salmaq qərarına gəlib.

SİA-nın məlumatına görə, Norveç öz qərarı ilə Rusiya neftinin bir barelinin qiymətini 60 dollardan 47,6 dollara endirən ölkələrə qoşulub.

Norveç şirkətləri bundan sonra bu qiymətdən yuxarı dəniz yolu ilə daşınan neft və neft məhsullarını ala və ona xidmət göstərə bilməyəcək.

...Neft ixracı hələ də Rusiya hökumətinin gəlirlərinin üçdə birini təşkil edir. Gəlirlərin azalması və Rusiya iqtisadiyyatına təzyiqlərin artması Rusiya hakimiyyətinin Ukraynada qanunsuz müharibə aparmasını çətinləşdirir.

Norveçin xarici işlər naziri Espen Bart Eyde bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə