"Google" və bir çox servislərə giriş dayandı

Bu gün səhər saatlarında "Google"a aid bir çox servis – "YouTube", "Maps" və axtarış xidməti daxil olmaqla – fəaliyyətini dayandırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Dovndetector" saytının məlumatına görə, saat 9:56-dan etibarən "Google" ilə bağlı 5364 problem bildirilib. Eyni zamanda, "Spotify", "CloudFlare", "Claude" və "Figma" kimi qlobal platformalarda da istifadəçilər çətinlik çəkib.

"Google" hələ məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Başlanğıcda yalnız Türkiyə və Yunanıstanda kəsintilər müşahidə olunsa da, Hindistan, Xorvatiya və ABŞ-da da problemlərin olduğu bildirilir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə